Xədicənin ermənipərəst vəkili - Kluni necə biabır oldu?

  20 Yanvar 2016    Oxunub : 7663
Xədicənin ermənipərəst vəkili - Kluni necə biabır oldu?
Aktyor Corc Kluninin xanımı, vəkil Amal Kluninin Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcəyi iddia edilir.

Bu barədə “Amerikanın Səsi” xəbər yayıb. Yayılan məlumatda Kluninin bununla bağlı razılıq verdiyi bildirilib. Xədicə İsmayılovanın vəkilləri isə Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyiblər.

Erməni əsilli olduğu deyilən vəkilin Xədicə İsmayılovanın hüquqlarını müdafiə edəcəyi indiki durumda real görünmür.

Amal Kluni kimdir?



O, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur rolunda çıxış edib. Bütün səylərinə baxmayaq, Doğu Perinçək məhkəmədə ona qalib gələ bilib. Bu məğlubiyyət Kluninin karyerasında ən böyük uğursuzluq və biabırçılıq kimi qiymətləndirilir. Hansıki ermənilər onun qələbə qazanacağına böyük ümidlər bəsləyirdilər. Perinçəyin haqlı mövqeyi bu ümidləri puç etdi.

Qeyd edək ki. ötən ilin oktyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası məhkəmənin 17 dekabr 2013-cü ildə Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçəkin iddiası əsasında İsveçrəyə qarşı çıxardığı qərarı təsdiqləyib.

Böyük Palata qərara alıb ki, demokratik bir ölkədə orada yaşayan erməni icmasının hüquqlarını qorumaq naminə Doğu Perinçəkə qarşı cinayət işi açılması doğru deyil.

Qərarı AİHM sədri Din Şpilman özü açıqlayıb. Qərar Avropa Şurasına üzv ölkələrin uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul etməsini mümkünsüz edir.



Amal Kluni Avropa Məhkəməsində “Erməni soyqırımı” iddiasını müdafiə etməklə gündəmə gəlib. Ermənipərəst vəkil Türkiyə əleyhinə çıxışları və anti-türk mövqeyi ilə seçilir.

O, 3 fevral 1978-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. Oksford Universitetinin Sent-Hyu kollecini, Nyu-York Universitetinin hüquq fakültəsini bitirib. 2004-cü ildə BMT-də beynəlxalq məhkəmədə çalışıb. 2010-cu ildə isə “Doughty Street Chambers” hüquq şirkətində işləməyə başlayıb.

BMT beynəlxalq məhkəməsinin Yuqoslaviya işi üzrə hüquqi müşavir, həmçinin Livan üzrə Xüsusi tribunalda prokurorun hüquqi müşaviri kimi çalışıb. Arbitraj məhkəməsinin Daimi palatasında Tailandla ərazi mübahisəsi üzrə işdə Kambocanın hökumətini təmsil edib.



Julian Assanc, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko və kanadalı jurnalist Məhəmməd Fəhmi də hüquqlarını müdafiə etməsi üçün Kluniyə müraciət ediblər.

Kluni vəkilliklə yanaşı bir ara akrtisalıqla da məşğul olub. O, 1980-ci illərin modellərindən bəhs edən “İkona” adlı serialda rol alıb.



Kluni və Alamuddin cütlüyü 2014-cü ilin sentyabrında ailə həyatı qurub. Bu Corc Kluninin sayca ikinci evliliyidir. Onun əvvəlki nigahından uşaqı olmayıb.

Kluni cütlüyü hər zaman paparazzilərin diqqətindədir. Londonda ilk evlilik ildönümünü qeyd edən tanınmış cütlük restorandan çıxarkən paparazzilərin hədəfində olub. Hər zaman dəblə geyinən Amal bu dəfə də ənənəsinə sadiq qalıb. Lakin mini ətəyi vəkili pis vəziyyətdə qoyub. Avtomobilə əyləşən A.Kluni ətəyi qalxdığından biabır olub. Bu mənzərə günlərlə müzakirə mövzusu olub.



AzVision.az

Teqlər: