“Avro-2016”nın püşkü atıldı - Siyahı

“Avro-2016”nın püşkü atıldı - Siyahı
  13 Dekabr 2015    Oxunub:2193
2016-cı ilin yayında Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Çempionatın final turnirində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

Püşkatma nəticəsində komandalar altı qrup üzrə belə bölünüblər:

A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə

B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya

C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya

D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya

E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç

F qrupu: Portuqaliya, Avstriya, İslandiya, Macarıstan.

Çempionat Fransa-Rumıniya matçı ilə açılacaq. Görüş iyunun 10-da Sen-Denidəki Stade de France stadionunda oynanılacaq.

Qrup mərhələsinin oyunları iyunun 10-22-də, 1/8 finallar iyunun 25-27-də, 1/4 finallar iyunun 30-da və iyulun 1-3-də, yarımfinallar iyulun 6-7-də, final oyunu isə iyulun 10-da keçiriləcək.

Avro-2016-nın final mərhələsində iştirak edən 24 yığma komandanın hər biri 8 milyon avro alacaq. Prizlərin ümumi məbləği 301 milyon avrodur. Çempion üçün 27 milyon avro nəzərdə tutulur. UEFA isə turnirin keçirilməsindən 1,95 milyard gəlir götürməyi hədəfləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti