Kanadada məscid yandırıldı

Kanadada məscid yandırıldı
  16 Noyabr 2015    Oxunub:1763
Kanadada naməlum şəxslər məscidi yandırıblar.
Bu barədə AzVision.az “AP” agentliyinə istinadən xəbər verir.

Hadisə Ontario vilayətinin Peterboro vilayətində baş verib. Həmin gün məsciddə uşağın dünyaya gəlməsi ilə əlaqədar tədbir keçirilib.

Agentlik Kanada müsəlmanlar birliyinin sədri Kenza Abdullaya istinadən xəbər verir ki, binaya ciddi zərər dəyib və o tamamilə yararsız hala düşüb. Məscidə hücumu pisləyən Abdulla qeyd edib ki, bura sülh evidir.

Hadisə zamanlı heç kəs xəsarət almayıb. Polis binanın qəsdən yandırılması versiyasını irəli sürsə də, hələlik hadisənin motivlərini dəqiqləşdirə bilməyib. Agentliyin məlumatına görə, polis məscidin yandırılmasının Parisdəki terror aktları ilə bağlı olub-olmadığını əminliklə deyə bilmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti