"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb

"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb
  13 Noyabr 2015    Oxunub:1888
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan Digiturk şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, Digiturk ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində Bakcell İP və mobil əsaslı xidmətlər üzrə Digiturk şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək. Bu tərəfdaşlığın bir hissəsi kimi, Bakcell “Qoş və Coş” xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. “Digiturk”lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi Bakcell abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə Digiturk şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

“Bakcell hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan “Digiturk”lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində Bakcell öz abunəçilərinin sevimli

TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə Bakcell xidmətlərindən daha çox yararlanmaq

şansı verəcək”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən Bakcell abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq. Digiturk şirkətinin baş icraçı direktoru Ertan Özerdem: “Digiturk olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və “Digiturk”ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz “Digiturk”ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatının daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

Digiturk Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: https://azvision.az/redirect.php?url=http://www.digiturkplay.com/ Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir. Digiturk kanallarını mobil cihazlarda və masaüstü kompyuterlərdə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edəcək. “Digiturk”ün mobil xidmət paketlərini seçərək, Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com

Sür@ paketlərindən birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra, abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq. Bakcell öz abunəçilərinə data kartlar və planşetlər üçün 4 tarif təklif edir:

Data Karlar və planşetlər üçün Paketlər Həcm Aylıq bonus Qiymət Aktivləşdirmə Sür@ planşet Sür@ – 1 10 GB 5 GB 20 AZN/ay *134*105#YES
5 GB 5 GB 15 AZN/ay *134*55#YES Sür@ – 2 35 GB 5 GB 40 AZN/ay *134*355#YES

Smartfonlar və planşetlər üçün Paketlər Həcm Aylıq bonus Qiymət Aktivləşdirmə Sür@ smartfon 1 GB 2 GB 10 AZN/ay *134*3#YES
Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla, Bakcell abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və Digiturk kanallarını izləmək, eləcə də pulsuz Digiturk SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər. Bu yeni xidmət Bakcell abunəçilərinə sevdikləri Digiturk kanallarını mobil telefonlarında zövqlə izləmək imkan verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti