`Kişi udmağı da, uduzmağı da bacarmalıdır` - Araz Əlizadə

`Kişi udmağı da, uduzmağı da bacarmalıdır` - Araz Əlizadə
  02 Noyabr 2015    Oxunub:4122
“Deputat seçiləcəyimə əmin olmasaydım, seçkidə iştirak etməzdim”.
Bu fikirləri AzVision.az-a ötən gün keçirilən seçkilərdə deputat seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A. Əlizadə onun eyni dairədə mübarizə aparan Ümid Partiyasının sədri İqbal Ağazadənin ittihamlarına cavaba olaraq deyib: “Seçkidəki rəqiblərimi özümlə müqayisədə güclü hesab etmirdim. Konkret olaraq İqbal Ağazadəyə gəldikdə isə seçkidən sonra onun haray-həşir salması göstərir ki, mənlikdən xəbəri yoxdur və utancvericidir. Kişi udmağı da, uduzmağı da bacarmalıdır.

İqbal Ağazadə deyir ki, seçki saxtalaşdırılıb. Bu adam üç dəfə deputat seçilib. Onda onun seçildiyi zaman da seçkilər saxtalaşdırılıb? Yoxsa, o seçiləndə seçki komissiyası düzgün, mən seçiləndə əyri işləyir ?Ayıbdı”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti