Bakı liftində bədbəxt hadisə, 1 ölü

Bakı liftində bədbəxt hadisə, 1 ölü
  20 İyun 2013    Oxunub:1292
Liftdə təmir zamanı bədbəxt hadisə yaşanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində təmir işləri aparılan zaman bədbəxt hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1973-cü il təvəllüdlü Elçin Vəhəd oğlu Əliyevin bədəninin bir hissəsi şaxta ilə liftin divarları arasında sıxılmış vəziyyətdə qalıb. E.Əliyev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən hadisə yerinə çağırılıb, Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. İlkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub. Əməliyyat saat 12:37-də başa çatıb.


Teqlər:  





Xəbər lenti