“Qəbələ” və “Qarabağ” çətin sınağa çıxır

 “Qəbələ” və “Qarabağ” çətin sınağa çıxır
  17 Sentyabr 2015    Oxunub:2096
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyunları keçiriləcək.
AzVision.az-ın məlumatına görə, Avropanın klub turnirində iştirak edən təmsilçilərimiz “Qəbələ” və “Qarabağ” bu gün ilk oyunlarına çıxacaqlar. Tarixində ilk dəfə Avroliqanın qrupuna düşən “Qəbələ” öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.

Azərbaycan çempionu "Qarabağ" isə Londonda “Tottenhem”in qonağı olacaq.

İkinci dəfə bu mərhələdə çıxış edən çempionumuzu İngiltərədə çətin qarşılaşma gözləyir.

UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur

17 sentyabr

22:00. “Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan)
Bakı. “Bakcell Arena”.

00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
London. “Uayt Hart Leyn”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti