`Qalatasaray` uduzdu, `Real` uddu - Nəticələr

`Qalatasaray` uduzdu, `Real` uddu - Nəticələr
  16 Sentyabr 2015    Oxunub:1826
Çempionlar Liqasında 2015/2016 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.
İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

A qrupunda PSJ öz meydanında "Malmö"nü qəbul edib və rəqibinə iki cavabsız qolla qalib gəlib. "Real" (Madrid) isə doğma meydanda "Şaxtyor"u darmadağın edib – 4:0.

B qrupunda "Mançester Yunayted" Hollandiyada PSV-nin qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Moskva CSKA-sı isə Almaniyada "Volfsburq"a uduzub – 0:1.

C qrupunun maraqla gözlənilən oyunu "Mançester Siti" və "Yuventus" arasında keçirilib. İtaliya təmsilçisi çətin səfər qarşılaşmasından qələbə ilə ayrılıb – 2:1. Digər görüşdə isə "Sevilya" öz meydanında "Borussiya"nı (Münhenqladbax) böyük hesabla məğlub edib – 3:0.

D qrupunda Türkiyənin "Qalatasaray" klubu doğma meydanda Madrid "Atletiko"sunu sınağa çəkib. Qarşılaşma ispanların qələbəsi ilə yekunlaşıb – 2:0. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayan "Astana" isə səfərdə "Benfika"ya uduzub – 0:2.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin qalan 8 görüşü bu gün keçiriləcək.


Teqlər:





Xəbər lenti