`Qarabağ` qalib gəldi, `Qəbələ` uduzdu

`Qarabağ` qalib gəldi, `Qəbələ` uduzdu
  13 Sentyabr 2015    Oxunub:2262
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib.
İlk oyun günündə üç qarşılaşma keçirilib. Günün ilk matçı Gəncədə baş tutub. Burada “Kəpəz” AZAL-ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” səfərdə “İnter”in qonağı olaub və 1:2 hesabı ilə uduzub.

Avropa Liqasındakı digər təmsilçimiz “Qarabağ” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. 1:0 hesabı ilə qalib gələn Ağdam klubu vahid lider olub.


Teqlər:





Xəbər lenti