Azərbaycan-İtaliya oyununun biletləri satışda

Azərbaycan-İtaliya oyununun biletləri satışda
  12 Sentyabr 2015    Oxunub:2036
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya oyununun biletləri satışa çıxarılıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən "Bakcell Müştəri Xidmətləri" mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya – 4 AZN
2-ci kateqoriya – 2 AZN
3-cü kateqoriya – 1 AZN

VİP – 50 AZN


Teqlər:





Xəbər lenti