Toğrul Əsgərovun rəqibi erməni ola bilər

Toğrul Əsgərovun rəqibi erməni ola bilər
  10 Sentyabr 2015    Oxunub:3112
I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov mübarizəyə başlayır.
AzVision.az xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində sərbəst güləş üzrə Dünya çempionatında azərbaycanlı güləşçi, Olimpiya çempionu Toğrul Əsgərov mübarizəyə başlayır. Onun rəqibi Sayatbek Okasov (Qazaxıstan) olacaq.

Həmçinin 65 kq çəki dərəcəsində Ermənistan nümayəndəsi David Safaryan Puerto Riko nümayəndəsi Franklin Qomes ilə görüşəcək. Toğrul Əsgərov rəqibinə qalib gəlsə, həmçinin erməni idmançı da rəqibini məğlub etsə idmançımız erməni güləşçi ilə qarşılaşacaq.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti