Futbolçuların ayaqüstə gəlməsi xəbərinə reaksiya

Futbolçuların ayaqüstə gəlməsi xəbərinə reaksiya
  09 Sentyabr 2015    Oxunub:4270
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komanda üzvlərinin Malta ilə oyundan sonra Bakıya təyyarədə ayaqüstü qayıtması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu AzVision.az-a açıqlamasında yayılan xəbərlərin kökündən yalnışdır.

“Təyyarə avtobus deyil ki, bir oturacağa iki-üç nəfər yerləşdirilsin. Bu, mümkün olan şey deyil. 55 azarkeş gedib, qayıdanda isə 50 azarkeş geri qayıdıb. Azarkeşlərdən 2-si ölkəyə qayıtmayıb. 3 nəfər isə işlə əlaqədar başqa ölkəyə ucub. Futbolçular kiminlə gedibsə, onlarla da qayıdıblar”.

AFFA rəsmisi onu da qeyd edib ki, futbolçularla birlikdə 6 jurnalist Maltaya oyunu izləməyə gedib: “Həmin jurnalistlərdən soruşa bilərsiniz. Belə bir şey olmayıb. Ümumiyyətlə bu gülməli məsələdir”.

Qeyd edək ki, sportal.az saytının yazdığı xəbərə görə, Avropa Çempionatı - 2016 seçmə mərhələsində futbol üzrə milli komandamızın futbolçuları Malta ilə oyundan sonra çarter reysi ilə Bakıya təyyarədə ayaqüstü qayıdıblar.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti