“Qarabağ” və “Qəbələ”nin oyununda dəyişiklik

“Qarabağ” və “Qəbələ”nin oyununda dəyişiklik
  07 Sentyabr 2015    Oxunub:2702
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Azərbaycan klubları - "Qarabağ" və "Qəbələ"nin ev oyunlarının vaxtı dəqiqləşib.
AzVision.az “UEFA”-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki komandamızın bir ev oyunu yerli vaxtla saat 20:00-da başlayacaq.

"Qəbələ"nin III turda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın isə IV turda Fransanın "Monako" klubları ilə qarşılaşmaları əvvəlcədən nəzərdə tutulduğu kimi 22:00-da deyil, saat 20:00-da başlayacaq. Bu oyunlar müvafiq olaraq 22 oktyabr və 5 noyabr tarixlərində keçiriləcək.

"Qəbələ"nin PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya), "Qarabağ"ın isə "Anderlext" (Belçika) və "Tottenhem" (İngiltərə) ilə ev oyunları isə saat 22:00-da başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti