Nüvə müharibəsi başlaya bilər

Nüvə müharibəsi başlaya bilər
  22 Avqust 2015    Oxunub:2033
Şimali Koreya Xalq Demokratik Respublikası Zənubi Koreya ilə sərhəddəki demilitarizasiya zonasına 76,2 mm-lik artilleriya sistemlərini yerləşdirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, demilitarizasiya zonasına artilleriya sistemlərinin yerləşdirilməsi 1953-cü ildə əldə olunmuş atəşkəs barədə sazişə ziddir. Belə ki, hazırda Cənubi Koreya hərbçiləri pilotsuz kəşfiyyat təyyarələrinin vasitəsilə KXDR ordusu və topların sayını müəyyənləşdirir.

Şimali Koreya isə kiçik və orta mənzilli raketlərini buraxmağa hazırlaşır. Koreya Xalq Demokratik Respublikası (KXDR) Pxenyan-Pukto əyalətində "Nodon" tipli orta mənzilli raketin və ölkənin şimal-şərqindəki Vonsan şəhərinin ətrafında "Skad" tipli kiçik mənzilli raketin işə salınması barədə qərar qəbul edib.




Teqlər:





Xəbər lenti