Zəvvarların diqqətinə: İraqdakı ziyarətgahlara getmək asanlaşdı

Zəvvarların diqqətinə: İraqdakı ziyarətgahlara getmək asanlaşdı
  19 Avqust 2015    Oxunub:2309
Azərbaycanlılar artıq İraq Daxili İşlər Nazirliyinin razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər.
AzVision.az - ın xəbərinə görə, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiə əl-Barrak özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu barədə İraq baş naziri qərar qəbul edib: “Bununla əlaqədar olaraq İraq Respublikasının Azərbaycan Respublikasındakı səfiri müqəddəs yerləri ziyarət üçün azərbaycanlı zəvvarlara fərdi və qrup halında viza vermək səlahiyyətinə malikdir”.


Teqlər:





Xəbər lenti