İran və Rusiya Azərbaycandan Fars körfəzinə qədər dəmir yolunun çəkilməsini müzakirə edirlər
“Rəşt-Astara dəmir yolu xətti ilə yanaşı, Rusiya Parsabaddan Bəndər-Abbasa qədər Rusiya standartlı dəmir yolunun tikintisinə sərmayə qoymaq istəyirlər”, - K.Cəlali Tehranda İran prezidenti Məsud Pezeşkian ilə görüşündə deyib.
Öz növbəsində, Pezeşkian qeyd edib ki, "dəmir yollarının şimaldan cənuba doğru genişləndirilməsi ölkənin xalqına və iqtisadiyyatına xeyir verir, Rusiya və İranın iqtisadi ehtiyaclarını ödəyə bilər".
O eyni zamanda Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi barədə göstəriş verib.
AzVision.az
Teqlər: