`Hitler salamı`na görə cərimələnəcək
AzVision.az “Die Welt” qəzetinə istinadən bildirir ki, həmin hadisə qaçqınlara qarşı etiraz aksiyalarının davamlı olaraq baş tutduğu Fraytal şəhərində yaşanıb. Nasist salamına görə təqsirkar bilinən 58 yaşlı alman vətəndaşı Andreas açıqlmasında bu hərəkətindən çox utandığını, həmçinin kəsiləcək cərimə məbləğindən bərk narahat olduğunu bildirib.
Fraytal əyalət məhkəməsinin sözügedən şəxsi konstitusiyanın 86-cı maddəsinə əsasən cərimələcəyi gözlənilir. Həmin maddə qeyd olunub ki, belə hallarda iki cürə cəza forması tətbiq oluna bilər. Birincisi, maddi cərimə, ikincisi isə, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası. Ekspertlərin rəyinə görə, maddi cərimə ilə bağlı qərar verilmə ehtimalı daha yüksəkdir.
Fərrux Həsənov
AzVision.az
Teqlər: