Banqkokda terror, 18 nəfər öldü - Yenilənib

Banqkokda terror, 18 nəfər öldü - Yenilənib
  18 Avqust 2015    Oxunub:2196
Taylandın paytaxtı Banqkokda baş verən partlayış zamanı 18 nəfər ölüb, 117 nəfər isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı `Eravan` vilayətinin Fövqəladə Hallar Nazirliyi yayıb. Hökümət rəsmiləri baş verən partlayışı terror aktı kimi qiymətləndirib. Daxili İşlər Nazirliyi bəzi mətbuat orqanlarında terror aktı nəticəsində 27 nəfərin ölməsini təsdiq etməyib.

**
Taylandın paytaxtı Banqkokda partlayış baş verib. AzVision.az xəbər verir ki, Banqkokun mərkəzi Çidlom rayonunda Eravan kilsəsi yaxınlığında qeydə alınan partlayış zamanı 27 nəfər həlak olub, 116-si isə yaralanıb. Ətrafa insan bədənlərinin parçaları səpələnib. Partlayışın törədildiyi ərazidə daha iki bomba zərərsizləşdirilib.

Qeyd edək ki, Eravan kilsəsi Banqkokun görməli yerlərindən hesab edilir. Kilsə yaxınlığında beş ulduzlu otel yerləşir.


Teqlər:  





Xəbər lenti