Rusiya ilə sərhəddəki problem həll olundu - Rəsmi

Rusiya ilə sərhəddəki problem həll olundu - Rəsmi
  17 Avqust 2015    Oxunub:2080
Hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib.


Son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılıb və tıxac yaranıb.

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub.

Hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib.


Teqlər:  





Xəbər lenti