Pakistanda nazir öldürüldü - Video

Pakistanda nazir öldürüldü - Video
  17 Avqust 2015    Oxunub:2444
Pakistanda növbəti terrorun qurbanı nazir olub.
AzVision.az Türkiyə mətbuatına istinadən verir ki, Pəncab Əyalətinin Daxili İşlər Naziri Şuja Hanzadenin Atto şəhərində yerləşən evinə terroçular tərəfindən hücum təşkil edilib. Hücum nəticəsində ev partladılıb. Nazirin öldüyü ehtimal edilir.



Dağıntıların altında 10 nəfərin cansız bədəni çıxarılsa da Şuja Hanzadenin cəsədi hələ tapılmayıb. Hücum nəticəsində xəsarət alan 4 nəfər xəstəxanaya aparılıb. Ölü sayının artacağı bildirilir. Artıq Türkiyə höküməti baş verən hadisə ilə bağlı Pakistana başsağlığı verib.



Teqlər:





Xəbər lenti