Hərbçilər prezidentə ultimatum verdi

Hərbçilər prezidentə ultimatum verdi
  13 İyul 2015    Oxunub:2931
Ukrayna Silahlı Qüvvələrinin tank briqadasının ikinci batalyonunun hərbçiləri ölkə prezidenti Pyotr Poroşenkoya ultimatum verib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, öz video-müraciətlərində hərbçilər orduda olan özbaşınalığı aradan qaldırmayana qədər onun əmrlərini yerinə yetirməkdən imtina edəcəklər.

Hərbçilər Poroşenkoya şikayətləniblər ki, bir il ərzində onların batalyonunda heç vaxt rotasiya həyata keçirilməyib, briqada komandiri öz funksiyasını icra etmək istəməyib və `hər şey laqeyd yanaşaraq məzuniyyətə gedib`.

`Komandanlığı bizə tüpürdüyü kimi biz də onlara tüpürürük. Biz tərxis olmağa hazırıq və silahlarımızı təhvil verəcəyik. Lakin xüsusi təyinatlılara bizə hücum etsə, onlar cavab alacaqlar`, - deyə hərbçilər bildirib.

Bundan əlavə, hərbçilər pis maliyyə dəstəyindən şikayətlənərək onlara yalnız könüllülərin kömək etdiyini vurğulayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti