`Avropa Yunanıstanla razılığa gəldi` - Baş nazir
Bu proqramın uğurla həyata keçirilməsi Yunanıstanın avro zonasında saxlanılması anlamına gəlir.
`Kömək haqqında razılıq əldə olunub`, - deyə Belçika baş naziri bildirib.
Kompromis qərar Yunanıstanın baş naziri Aleksis Tsipras, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Avropa Şurasının sədri Donald Tuskun görüşü zamanı əldə olunub.
İlkin məlumatlara görə, Yunanıstana üç il ərzində 90 milyard avro ayrılmasını nəzərdə tutan makro maliyyə köməyi haqqında paketin Avroqrupun iyulun 15-i keçirilən iclasında qəbul ediləcəyi gözlənilir.
Yardım paketini almaq üçün Yunanıstan parlamenti, ƏDV-nin artırılması, pensiya islahatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi, müəssisələrin müflisləşməsi üzrə yeni qanunvericilik, Milli Statistika Agentliyinin müstəqilliyinə dair zəmanət və s kimi islahatlar paketini qəbul etməlidir.
Eldar Tanrıverdiyev
AzVision.az