Yunanıstana 3-cü yardım paketi ayrılacaqmı?

Yunanıstana 3-cü yardım paketi ayrılacaqmı?
  13 İyul 2015    Oxunub:1922
Referendum nəticəsində xalq sərt qənaət paketinə “yox” dedikdən sonra yunan hökuməti Brüsseldəki müzakirələrə heç bir təklif olmadan qatılmışdı. Angela Merkel isə həmin müzakirələr zamanı 3-cü yardım paketinin müzakirə mövzusu ola biləcəyini açıqlamışdı.

Əlbəttə ki, bunun üçün ilk növbədə Bundestaqın razılığı olmalıdır. Bundestaqda kansler Angela Merkelin Yunanıstana üçüncü yardım paketinin ayrılması ilə bağlı fikrinə münasibəti hələ fevral ayının sonunda məsələni səsə qoyanda aydın olmuşdu. O zaman Bundestaqdakı fraksiyalar 29 səslə yardım göstərilməsinin leyinə çıxış etdi. Səs faizlərinin az olması görə nəticələr ləğv olundu.

“Focus” jurnalı Bundestaq üzvlərindən məsələ ilə bağlı fikirlərini öyrənib. Maraqlıdır ki, əksər deputatlar üçüncü yardım paketinin ayrılmasına heç də müsbət yanaşmırlar. Belə ki, Volfgang Bosbaxa görə Yunanıstana yardım ayrılmasının faydasızdı və Tsipras hökuməti nənaət paketinə yox deməklə əslində növbəti böyük maliyyə yardımının əldə olunmasına çalışır.

Mark Hauptmannın fikirincə, isə Angela Merkel Tsipras hökumətilə danışıqlar masasına oturmamalıdır, çünki yunan hökuməti qənaət siyasətinə əməl etmədi. Yeni maliyyə paketinin ayırılması isə Avropa Birliyinin həmrəylik prinsipini absurlaşdırır. Ona görə ki, qənaət rejimi Portugaliya və İrlandiyada da tədbiq olunur, amma Yunanıstanın yox deməsindən sonra ona yenidən maliyyə yardımın ayrılması sözügedən hər iki ölkəyə qarşı böyük haqsızlıq olacaq.

Klaus-Peter Villş isə deyir ki, Yunanıstan “Yox” dediyi halda, biz niyə, özümüzə qarşı hörməti və etibarlılığı itirər razılığa gələk? Biz də yox deyək!

Karsten Linnemann hesab edir ki, bir haldakı Yunanıstan sərt qənaət rejiminə yox dedi və şərtlərə əməl etmədi, yardım paketinə təkrarən “xeyr” deyilməlidir.

Kristian fon Ştetten bildirir ki, əgər yunanlar 61,31% səslə islahatlara “yox” dedilərsə, o zaman Yunanıstanın Avrozonada qalmağı bitmiş sayılır.

Ümumiyyətlə, Almaniya Bundestaqının üzvləri Yunanıstana 3-cü maliyyə yarımı paketinin ayrılması məsələsinə müsbət yanaşmırlar, lakin Afinaya hər hansısa bir humanitar yardımın edilməsini isə Bundestaq üzvləri müsbət qarşılayırlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti