`Formula 1` təqvimi dəyişdirilə bilər
`Beynəlxalq Avtomobil Federasiyası (FİA) növbəti mövsüm üçün təqvin ilkin versiyasını dərc edib, lakin mən vurğulamaq istəyirəm ki, təqvimin yekun versiyası ilkin versiyadan kəskin şəkildə fərqlənə bilər. 2015-ci il mövsümü üçün təqvimdə də 21 etap var idi. Lakin sonradan Koreyadakı etap və Almaniya Qran Prisi ləğv olundu`, - deyə Allen bildirib.
Növbəti mövsüm üçün ən böyük dəyişiklik – Azərbaycan Qran Prisinin olmasıdır. Mövsüm apreldə başlayıb, noyabrın sonunda yekunlaşacaq.
Formula1 üzrə 67-ci Dünya Çempionatının (2016-cı il) təqviminin ilkin versiyası belədir:
03 aprel - Avstraliya Qran Prisi (Melburn, Albert Park trası)
10 aprel - Çin Qran Prisi (Şanxay, Şanxay trası)
24 aprel - Bəhreyn Qran Prisi (Saxir, Saxir trası)
01 may - Rusiya Qran Prisi (Soçi, Soçi trası)
15 may - İspaniya Qran Prisi (Barselona, Katalunya trası)
29 may - Monako Qran Prisi (Monte Karlo, şəhər küçələri)
12 iyun - Kanada Qran Prisi (Monreal, Jil Vilnöv adına tras)
26 iyun - Böyük Britaniya Qran Prisi (Silverstoun, Silverstoun trası)
03 iyul - Avstriya Qran Prisi (Şpilberq, Red Bull Rinq trası)
17 iyul - Avropa Qran Prisi (Bakı, şəhər küçələri)
31 iyul - Almaniya Qran Prisi (Hokkenhaym, Hokkenhaym Rinq trası)
07 avqust - Macarıstan Qran Prisi (Budapeşt, Hunqarorinq trası)
28 avqust - Belçika Qran Prisi (Spa, Spa trası)
04 sentyabr - İtaliya Qran Prisi (Monsa, Milli Avtodrom)
18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey, şəhər küçələri)
25 sentyabr - Malayziya Qran Prisi (Kuala Lumpur, Sepanq trası)
09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka, Suzuka trası)
23 oktyabr - ABŞ Qran Prisi (Ostin, Amerika trası)
30 oktyabr - Meksika Qran Prisi (Mexiko, Rodriges qardaşları adına tras)
13 noyabr - Braziliya Qran Prisi (San Paulu, İnterlaqos trası)
27 noyabr - Əbu Dabi Qran Prisi (Əbu Dabi, Yas Marina trası)
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: