Məşhur biznesmen həbs olundu

Məşhur biznesmen həbs olundu
  12 İyul 2015    Oxunub:2801
“Formula-1” Renault komandasının keçmiş başçısı, italiyalı iş adamı Flavio Briatoren həbs olunub.
AzVision.az xəbər verir ki, o, vergidən yayınma maddəsi ilə iddiham olunub. Məhkəmə biznesmenə 1 il 11 ay həbs cəzası verib. Biznesmendən 3 milyon yarım avro dəyərində vergidən yayınma faktı aşkarlanıb.

Qeyd edək ki, İş adamı “Billionaire” ilə “Porto Cervo” kimi dünya səviyyəsində məşhur əyləncə məkanların sahibidir.

Flavio Briatoren 30 milyon avroluq, 62 metr uzunluğundakı “Force Blue” adlı yaxtasının "Autumn Sailing Limited" adlı şirkət vasitəsilə icarəsi və yanacaq istehlakına dair əməliyyatlar zamanı vergidən yayınmayla günahlandırılırdı.


Teqlər:





Xəbər lenti