Çində qasırğa: 860 min nəfər evakuasiya edildi

Çində qasırğa: 860 min nəfər evakuasiya edildi
  12 İyul 2015    Oxunub:1717
Çində gözlənilən Çan Xom qasırğası başlayıb.
AzVision.az-ın Lent.az-a istinadən məlumatına görə, qasırğa Şərqi Çin vilayətinin Zhenjiang sahilində başlayıb.

İlkin məlumatlara görə, küləyin sürəti saniyədə 45 metrə çatır. Ölkədə 600 aviareyslər təxirə salınıb. 94 ev zərər görüb, 200 ev işıqsız qalıb.

Qasırğanın indiyə kimi vurduğu maddi zərər 318 milyon dollar təşkil edir.
Zərərçəkənlər barəsində məlumat verilmir.

Qeyd edək ki, bu, Çində yaşanan ikinci qasırğadı. 9 iyulda Cənubi Çində 1.6 milyon insanın xəsarəti ilə nəticələnən Linhua qasırğası baş vermişdi. Nəticədə Çinə 213 milyon dollar zərər dəymişdi.


Teqlər:  





Xəbər lenti