ABŞ-dan Azərbaycana dəstək

ABŞ-dan Azərbaycana dəstək
  12 İyul 2015    Oxunub:2300
ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə nümayəndəsi Amos Hokstayn Bakıdadır.
ANS TV-nin məlumatına görə, Amos Hokstayn İlham Əliyevlə görüşdən sonra mətbuatın suallarını cavablandırıb. Hokstayn Cənub Qaz Dəhlizinin iflasa uğramasını istəyən qüvvələrin olduğunu və ABŞ-ın isə bu layihəyə dəstək verdiyini deyib.

“Bizim Azərbaycana göstərdiyimiz dəstək bir biznes təşəbbüsü deyil. Bu strateji məsələdir. Cənub Qaz Dəhlizi həqiqətən mürəkkəb bir layihədir. Həm kommersiya, həm texniki, həm də siyasi və diplomatik baxımdan. Amerika Birləşmiş Ştatlarının Azərbaycana verdiyi dəstək də diplomatik və stratejidir. Cənub Qaz Dəhlizinin baş tutmamasını istəyənlər var. Bəzi dövlətlər yeni bir kəmər ideyasını irəli sürür. Amma mən əminəm ki, Azərbaycanın irəli sürdüyü Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə zəmanət verən əsas layihədir. Biz ABŞ hökuməti olaraq bütün vasitələrlə bu layihəyə dəstək verəcək”.


Teqlər:





Xəbər lenti