Avropa Parlamentində yeni Hitler yetişir – FOTO

Avropa Parlamentində yeni Hitler yetişir – FOTO
  11 İyul 2015    Oxunub:4039
Avropa Parlemanetində gedən müzakirələr zamanı polşalı deputatı Yanuş Korvin-Mikkenin (Janusz Korvin-Mikke) çıxışında Hitlersayağı salamlama formasından istifadə etməsi siyasi qalmaqala gətirib çıxarıb.

AzVision.az Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki, polşalı deputatın bu hərəkəti Parlamentdə böyük gərginliyə səbəb olub.

Sağçı-ekstemist partiyanın nümayəndəsi olan deputat sağ təmayüllü partiyanın hüquqları ilə bağlı qısa məruzəsinə Hitlerisayağı salamla başlayıb.

Deputat Avropa İttifaqında qatar biletlərilə bağlı çıxışının sonunda digər deputatlara vahid, bir və yekdil olmağın zamanı yetişdiyini bildirib. Yekunda isə o, “Vahid Reyx, vahid Xalq, vahid Bilet” ifadəsi işlədərək, hər kəsi neonasizmə səsləyib.

Qeyd edək ki, 72 yaşlı polşalı deputat siyasi baxışlarına görə sağçıdır. O, hətta yəhudilərin Polşada gettolara toplanmasını tələb edir. Ukrayna münaqişəsinin yaranmasında isə birbaşa ABŞ-ı günahlandırır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti