Qarabağda gizlənən rus milyarder un biznesinə girişir

Qarabağda gizlənən rus milyarder un biznesinə girişir
  11 İyul 2015    Oxunub:3668
Rusiyadan qaçan milyarder German Sterliqov Qarabağda un biznesinə girişir.

O, bu barədə sosial şəbəkədə səhifəsində yazıb.

“Bu gün Qarabağda əsl taxta dəyirman aldım – dəyirman daşında əsl un üyüdəcəm. Bu daşları dağ çayından gələn iti su fırladır.

Müqavilə çox sadə və heç bir rəsmiyyət olmadan bağlandı. Beh verilib və “Jiquli”nin kapotunda qəbz yazılıb və dəyirmanın sahibi və iki şahid tərəfindən imzalanıb. Dərhal yeddi kisə un üyütdük, yaxın günlərdə Allahın köməyi ilə satacağam”, - German Sterliqov yazıb.

Qeyd edək ki, daha əvvəl biznesmenin vəkili `Kommerstant` qəzetinə müsahibəsində Qerman Strelkovun ailəsi ilə birlikdə Dağlıq Qarabağa getdiyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti