`Ailəmizdə büdcəyə mən nəzarət edirəm` - Davudoğlunun xanımı

`Ailəmizdə büdcəyə mən nəzarət edirəm` - Davudoğlunun xanımı
  11 İyul 2015    Oxunub:3293
Türkiyə baş naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu "Milliyet" qəzetinə müsahibə verib.
AzVision.az ans-ə istinadən müsahibənin maraqlı məqamlarını təqdim edir.

Sare Davudoğlu baş naziri özündən daha soyuqqanlı və təmkinli sayaraq bildirib ki, ailənin büdcəsinə Əhməd Davudoğlu qarışmır:

"Ailə büdcəmiz həmişə bir olub. Bu günlərdə məcburən büdcəyə tamamilə mən nəzarət edirəm. Evə gələn pulları əvvəldə bir yerə qoyardıq. Ailənin bütün xərcləri indi Davudoğlunun maaşı hesabına ödənilir. Maaş çatmırsa, mən də kömək edirəm. İndi ailənin büdcəsi ümumiyyətlə maraqlanmır".

İxtisasca həkim olan Davudoğlunun həyat yoldaşı Türkiyə baş nazirinin uşaqlarla az vaxt keçirdiyini də sözlərinə əlavə edib: "İşləri çox olduğundan uşaqlarla az vaxt keçirməli olur. Ancaq fürsətdən istifadə edib, uşaqlarla və nəvələrimizlə keyfiyyətli vaxt keçirir. Bu günlərdə Topqapı Sarayında birgə iftarda idik. Oradan çıxandan sonra qızımıza baş çəkdik, nəvələrimizi gördük"

Sare Davudoğlunun sözlərinə görə, Türkiyə baş naziri müntəzəm idmanla məşğul olur: "Evdə idmanla məşğul olmaq üçün alətlər var. Davudoğlu nizamlı olaraq idman edir. İdman sağlam həyat üçün əsas şərtdir. Həkim kimi onun yeməyinə diqqət etməyə çalışıram. Gərgin iş qrafiki öncəsi Davudoğlunun vitaminli yeməklərlə qidalanmasına üstünlük verirəm".

Türkiyə baş nazirinin geridə qalan hadisələrə görə, heç vaxt peşmançılıq çəkmədiyini deməklə yanaşı son parlament seçkilərinin nəticələrindən danışıb:

"Davudoğlunun "balkon çıxışı"nda dedikləri ilə razıyam. Bu nəticələr Türkiyə xalqının seçimidir".


Teqlər:





Xəbər lenti