`Ər` və `arvad` sözlərindən imtina edilir

`Ər` və `arvad` sözlərindən imtina edilir
  11 İyul 2015    Oxunub:4750
Kaliforniya ştatından olan bir qrup demokrat nikahlar haqqında federal qanunu "daha neytral" etmək təklifi ilə çıxış ediblər.
Femida.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar bu məqsədlə "ər" və "arvad" sözlərindən imtina etməyi təklif edirlər.

Demokratlar partiyasının üzvü olan Luiz Kaps müvafiq qanun layihəsinə baxılmaq üçün 23 nəfər həmkarı ilə birlikdə konqresinin nümayəndələr palatasına təklif etdiyini deyib:

"Lazımdır ki, bizim dəyərlərimiz qanunlarda əks olunurdu. Hisslərimizi müəyyən çərçivəyə salmaq üçün biz nə isə etməliyik”.

Qeyd edək ki, onlar "ər" və "arvad" sözlərinin əvəzinə "həyat yoldaşı" anlayışlarını işlətməyi daha məqsədəuyğun görürlər.


Teqlər:  





Xəbər lenti