Ölən şəxsin kredit borcunu kim ödəməlidir?

Ölən şəxsin kredit borcunu kim ödəməlidir?
  10 İyul 2015    Oxunub:5439
“Kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir”.
AzVision.az xəbər verir ki, bu barədə ekspert Əkrəm Həsənov yazıb. O, bildirib ki, halbuki, hər kəs özünə cavabdehdir:

“Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz. Heç nədən və heç kəsdən qorxmasın, onu narahat edənləri isə qovsun, polisə müraciət etsin və s. Təbii, vəfat etmiş borclunun da krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla”.

Qeyd edək ki, bu günlərdə 23 yaşlı Bərdə rayon sakini kredit borcunu ödəyə bilmədiyi üçün intihar etmişdi. Ümumiyyətlə son vaxtlar kredit borcunu ödəyə bilmədiyi üçün intihara cəhd etmə hallarına tez-tez rast gəlinir.

AzVision.az


Teqlər:





Xəbər lenti