NATO Ukraynada hərbi təlim keçirəcək
İyul ayının 20-də başlayacaq təlimləri Amerika hərbiçiləri idarə edəcək və 11 gün davam edəcək. Qara dənizdə hərbi təlimlər avqustun 31-dən senytabrın 12-dək davam edəcək və bu təlimləri isə Ukrayna ABŞ ilə birgə idarə edəcək.
ABŞ ordusunun Avropa üzrə sözçüsü əlavə olaraq bildirib ki, birgə hərbi sınaqlar Ukraynayaya əlavə böhran yaşatmayacaq.
`Tagesspiegel` yazır ki, Almaniya da NATO tərkibində bu ilin yay aylarında Ukraynada keçiriləcək 2 təlimdə iştirak etməyi planlaşdırır. Lakin Almaniyanın bəzi siyasi partiyaları bu addımın Rusiya tərəfindən provakasiya kimi qiymətləndirələcəyini bildirirlər.
Almaniya həm səhra təlimlərində, həm də sualtı qayıqların hərbi manevlərində iştirak edəcəyini bildirib. Bu hərbi təlimlərə rəsmi Moskva etirazını bildirib.
Rusiyanın öz ordusunu modernizasiya etməsinə cavab olaraq NATO Ukraynada hərbi təlimlər keçirir.
Almaniya bu il NATO-nun Baltikayanı ölkər və Polşada nəzərdə tutulmuş 16 təlim çərçivəsində ümumən 4400 hərbiçi kontigentlə əsas iştirakçı ölkələrdən biri olacaq.
Fərrux Həsənov
AzVision.az
Teqlər: