Dəhşətli rəqəmlər: Fransada müsəlmanlara hücumlar 5 dəfə artıb

Dəhşətli rəqəmlər: Fransada müsəlmanlara hücumlar 5 dəfə artıb
  10 İyul 2015    Oxunub:2045
Fransada müsəlmanlara qarşı dini və irqi ayrı-seçkilik zəminində hücum halları çoxalıb. Belə ki, ilin əvvəlində “Charli Hebdo” jurnalına qarşı olan terror hücumundan sonra müsəlmanlara qarşı fikir bir mənalı deyil.

AzVision.az “Deutsch Türkisches Journal”ın yaydığı məlumata əsasən bildirir ki, yanvar-iyun aylarında müsəlmanlara qarşı hücumlar düz 5 qat artıb. Ekstremist hücumların 73%-i qadınlara qarşı olub.

Hücum edən fransızlar adətən məscidləri daha çox hədəfə alırlar. Keçən il ilə müqayisədə məscidlərə hücumlar 4 dəfə çoxalıb. Əvvəlki illərdə keçirilmiş sorğuda 76% Fransa vətəndaşı müsəlmanlarla birgə yaşmağı normal qəbul edirdisə, bu rəqəm artıq 72%-ə düşüb.

Xatırladaq ki, Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkələrdən biridir və bu ölkədə 3000 məscid yerləşir. Ölkədə təqribən 5 milyon müsəlman yaşamaqdadır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti