Yunanıstan 53,5 milyard avro borc istədi

Yunanıstan 53,5 milyard avro borc istədi
  10 İyul 2015    Oxunub:2863
Yunanıstan kreditorlarla razılaşmalar çərçivəsində Avropa Sabitlik Mexanizmindən üç il ərzində 53,5 milyard avro borc istəyib.
AzVision.az
`Reuters`ə istinadən xəbər verir ki, bu pullar kreditorlar qarşısında götürülən öhdəliklərin ödənilməsinə xərclənəcək.

Rəsmi Afina 2020-ci ilin sonlarına qədər daha kasıb təqaüdçülər üçün əlavə təqaüdləri saxlmaq niyyətindədir.

Bundan əlavə Yunanıstan Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bir sıra güzəştləri ləğv etməyi, həmçinin koperativ vergini 26 faizdən 28 faizə artırmağa hazırdır. Bundan əlavə Afina gəmiçilik şirkətlərinə tətbiq olunan vergiləri artırmağa, gəmi sahiblərinə güzəştləri ləğvinə, həmçinin vergidən yayınma ilə bağlı mübarizəni sərtləşdirməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti