ABŞ Avropa Birliyinin xilasını istəmir?

ABŞ Avropa Birliyinin xilasını istəmir?
  09 İyul 2015    Oxunub:2494
Almaniyanın “Die Welt“ qəzetinin yaydığı xəbərə əsasən, ABŞ prezidenti Barak Obama Yunanıstanla bağlı problemin tez bir zamanda həll olunması üçün Almaniya kansleri Angela Merkelə, eləcə də Yunanıstanın baş naziri Aleksis Siprasa zəng vurub.

Qəzet xatırladır ki, Obamanın Puerto-Riko ilə yaşadığı maliyyə problemləri də Angela Merkelin Afina ilə yaşadığı böhrana bənzəyir, lakin Yunanıstan krizisi ABŞ-ın Puerto-Riko ilə olan maliyyə problemi ilə müqayisədə əhəmiyyətsizdir.

ABŞ prezidenti həm Avropa ölkələrinə, həm də Almaniyaya Yunanıstana kompramisə getməyi məsləhət görüb. Güman olunur ki, Barak Obama Angela Merkelə zəng vurarkən hər iki siyasətçinin bildiyi altı ən önəmli məsələ ilə bağlı müzakirə aparılıb. Ola bilər, belə bir qərara gəlinib ki, həm Berlinin, həm də Vaşinqtonun maraqları daxilində Yunanıstanında islahat aparılsın, həmçinin Avropa Birliyinin vahidliyi qorunub saxlanılsın.

Ehtimal olunur ki, Ağ Ev Berlinə yunan iqtisadiyyatının bərpa edilməsi ilə əlaqədar məsləhətlər verib, həmçinin belə kritik durumda Almaniyanın oynayacağı əhəmiyyətli rolu izah edib.

Barak Obama Angela Merekel ilə danışdıqdan sonra Aleksis Siprasa da zəng vurub. Telefon danışığının gərgin keçdiyi və razılığın tam əldə olunmadığı ehtimal edilir.

“Die Welt” qəzeti vurğulayır ki, Amerika siyasi elitasında Yunanıstandakı referendum müxtəlif prizmalardan qarşılanır. ABŞ-da prezindentliyə namizəd Donald Trump Yunanıstan böhranı ilə bağlı bir qədər fərqli fikir bildirb. O, bildirib ki, “Unutmaq olmaz, vahid Avrozona Amerika ilə rəqabət aparmaqdan ötrü yaradılmışdı. Bu ittifaq bir neçə dövlət tərəfindən Birləşmiş Ştatları sıxışdırmaq üçün ortaya atılmış birlikdir. Deyə bilərəm ki, yalnız Almaniya güclüdür. Mən istərdim ki, məhz Almaniya yunan böhranında əsas aparıcı tərəf olsun. Əgər Almaniya hərəkət etməsə, yəqin ki, Putin situasiyaya müdaxilə edərək, xilaskar kimi çıxış edəcək”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti