İngilis ikiüzlüyü: Saakyan Britaniya parlamentində
Öz çıxışı zamanı `prezident` Qarabağın sosial-iqtisadi inkişafı, `dövlət` quruluşu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıb, zaldakıların suallarını cavablandırıb.
Saakyan qeyd edib ki, onun `ölkə`sində Böyük Britaniyaya xüsusi münasibət bəsləyirlər, onu dünya siyasətində nüfuzlu dövlət və demokratiya, Avropa sivilizasiyasının beşiyi kimi qiymətləndirirlər.
Qondarma `prezidentin` sözlərinə görə, Qarabağ parlament əlaqələrinin dərinləşməsində və Böyük Britaniya ilə elm-təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
Saakyan qeyd edib ki, bu optimizm ilk növbədə Böyük Britaniya parlamentində Qarabağ və erməni xalqına sadiq və səmimi dostlarının olması ilə bağlıdır.
Görüşdə Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Armen Sarkisyan və digərləri iştirak edib.
Eldar Tanrıverdiyev
AzVision.az