Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda kütləvi həbslər başladı
  06 İyul 2015    Oxunub:2792
Ermənistan polisi Yerevanın mərkəzində yerləşən Baqramyan prospektini etirazçılardan təmizləyib.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, aksiya zamanı xeyli insan saxlanılıb. Saxlanılan şəxslər polis məntəqələrinə aparılıb.

Hələ ki, prospektdə avtomobil nəqliyyatının hərəkəti bərpa edilməyib.

Etirazçılardan biri Maksim Sarqsyan polisin 40-50 nəfərin saxladığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını bildirib: “İndi onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik”.

Xatırladaq ki, Ermənistan polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi. Hazırda aksiya iştirakçıları polisə müqavimət göstərir.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti