Borçalıda bir gündə 40 ev yandı

Borçalıda bir gündə 40 ev yandı
  06 İyul 2015    Oxunub:2311
Gürcüstanın Kvemo-Kartli bölgəsinin (Borçalı) Qardabanı bələdiyyəsinin Kumisi kəndində 40-a yaxın ev yanıb.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar üzrə İdarəsinin direktoru Zviad Katsaşvili deyib ki, hadisə yerində 15 yanğınsöndürmə briqadası, 120 yanğınsöndürən-xilasedici, eləcə də DİN-in sərhəd polisinin vertolyotları cəlb edilib.

Kənd sakinləri isə bildiriblər ki, yanğının miqyasının böyüməsinə səbəb yanğınsöndürən briqadanın hadisə yerinə gec gəlməsi olub.

Yanğın bir evdən digərlərinə quru ot tayaları vasitəsi ilə keçib. Rəsmilər hadisə nəticəsində ölən və xəsarət alanın olmadığını bildiriblər.


Teqlər:





Xəbər lenti