Klintondan sərt oğurluq ittihamı
Bununla bağlı Klinton amerikalıları sayıqlığa çağırıb.
Bundan bir qədər əvvəl amerika rəsmiləri ABŞ hökümət agentliyinə kiber hücuma görə əsas şübhəlinin Çinin olduğunu bildirmişdilər.
Çin, öz növbəsində, həmin ittihamları rədd edərək ABŞ-ın iddialarını "məsuliyyətsiz" adlandırmışdı.
New Hampshire ştatında keçirilən tədbirdə çıxış edən Klinton, o cümlədən, hərbi qüdrəti sürətlə artan Çinin mübahisəli ərazilərdə hərbi obyektlər qurduğunu və ABŞ ilə müqavilələr imzalamış örkələrə təhlükə yaratdığını vurğulayıb.
Çinin artan hərbi qüdrəti qarşısında risk altında qalan ABŞ ilə müqaviləli ölkələr arasında Hillari Klinton Fillipini misal çəkib.
Hillari Klinton prezident Barak Obamanın birinci prezidentlik dövründə ABŞ Dövlət katibi vəzifəsini tutub.
Teqlər: