Çiprasdan referendum açıqlaması: `Nəticələri gözləyirəm`

Çiprasdan referendum açıqlaması: `Nəticələri gözləyirəm`
  05 İyul 2015    Oxunub:1615
Yunanıstanda beynəlxalq maliyyə yardımının ayrılması şərtlərinə dair referendum davam edir.
Səsvermə hüququndan istinadə edən Baş nazir Aleksis Çipras bildirib ki, nəticələri nikbinliklə gözləyir. Onun sözlərinə görə, yunan xalqının rəyi nəzərə alınmaya bilməz.

Qeyd edək ki, hakim Syriza partiyası beynəlxalq kreditorların yardım paketi şərtlərinin Yunanıstan üçün alçaldıcı olduğunu bəyan edib.

Hökümət əhalini referendumda "yox" deməyə çağırıb, lakin opponentlər xəbərdalıq edir ki, bu halda Yunanıstanın Avrozonanı tərk etməli olacaq.

Yunanıstanın Maliyyə naziri Yanis Varoufakis referendumdan bir gün öncə avropa kreditorlarını "terrorçuluqda” ittiham edib. Səsvermənin ilk nəticələrinin bu gün axşam bilinəcəyi gözlənilir.


Teqlər:  





Xəbər lenti