ABŞ kəşfiyyatından daha bir qalmaqal
Bu barədə "Spiegel Online" internet portalı federal kansler idarəsinin sənədinə istinadla bildirib.
Sənədə əsasən 2011-ci ilin yayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi AFR kanslerinin idarəsində xüsusi xidmət orqanlarının fəaliyyət məsələləri üzrə əlaqələndiricisi Günter Xaysı "Der spiegel" nəşrinin hökumət orqanları ilə əlaqəsinin ola bilməsi barədə xəbərdar edib. Mərkəzi Kəşfiyyat İdarəsi Günter Xaysın müavini Hans Yozef Forbekdən şübhələnib ki, nəticədə o, digər vəzifəyə keçirilib. Buna səbəb kimi qənaət tədbirlər göstərilib.
"Der spiegel" ABŞ xüsusi xidmət orqanlarının jurnalın redaksiyasını gizli dinləməsi barədə AFR-in Baş Prokurorluğuna ərizə verib. Ərizədə müvafiq orqanların kəşfiyyat fəaliyyətinə dair şübhə və telekommunikasiya məlumatlarının gizli saxlanması hüququnun pozulması olunub.
Bundestaqın xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət üzrə müvəkkili Andre Han "Der spiegel" jurnalistlərinin telefon danışıqlarının amerikalılar tərəfindən gizli dinlənilməsi faktı üzrə araşdırma aparılmasını tələb edir.
Han "Passauer Neue Presse" qəzetinə müsahibəsində müxalif Sollar Partiyasının nümayəndəsi kimi federal hökuməti Amerika xüsusi xidmət orqanlarının Almaniyada casus fəaliyyəti ətrafında qalmaqallara dair məsələləri həddən ziyadə ciddi qəbul etməkdə tənqid edib. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinin araşdırılması üzrə Parlament Komitəsinin sədri Patrik Zensburq "Der spiegel" redaksiyasının izlənməsi işi üzrə müfəssəl araşdırma aparılacağına söz verib. Bu mövzuda Günter Xays və kansler idarəsinin sabiq rəhbəri Ronald Pofalla da dindiriləcək.