İrəvanda etirazçılar hökumətə ultimatum verdi

İrəvanda etirazçılar hökumətə ultimatum verdi
  05 İyul 2015    Oxunub:2434
İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qalxmasına qarşı etiraz edənlər Ermənistan hökumətinə ultimatum verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu etiraz aksiyasının təşkilatçılarından biri David Sanasaryan bildirib.

“Biz Baqramyan prospektini açmayacağıq. Bazar ertəsi, axşamadək gözləyəcəyik. Tələblərimizin yerinə yetirilmədiyi təqdirdə biz “Bir addım irəli!” aksiyasına start verərək zibil qutularından ibarət barrikadaları prezident iqamətgahı istiqamətinə yönəldəcəyik”, deyə D.Sanasaryan bildirib.

Onun sözlərinə görə, etirazçılar dinc şəkildə olsa da, hakimiyyətə öz sözlərini deyəcəklər.


Teqlər:  





Xəbər lenti