İrəvanda etirazlar, Sarkisyan isə kef edir - FOTOFAKT

İrəvanda etirazlar, Sarkisyan isə kef edir - FOTOFAKT
  04 İyul 2015    Oxunub:5530
İnsanları yoxsulluq, səfalət içində yaşayan Ermənistanda günlərdir sosial etirazlar davam edir. Elektrik enerjisinin qiymətinin artırılmasından şikayətlənən sadə insanlar küçələrə axışaraq etirazlarını bildirir, Sarkisyan hakimiyyətinin istefa verməsi tələbi ilə çıxış edirlər.

Amma nə fayda.. Erməni prezident Serj Sarkisyan insanların pis günündə belə kefindən qalmır.

AzVision.az xəbər verir ki, dünən S. Sərkisyan öz partiya yoldaşları ilə birlikdə “OCAX” restoranında əməlli-başlı kef edərkən görüntülənib.



Fotodan da göründüyü kimi Sarkisyan içki məclisində cazibədar xanımla rəqs edir, gülüb, əylənir...

Bu kadrlar bir daha təsdiq edir ki, Sarkisyan acından ölən, işıq pulu dərdinə düşən erməniləri qəti düşünmür, ancaq öz kefində, damağındadır. Ermənistan prezidenti ölkədə mövcud olan bütün problemlərə laqeyd yanaşır. Tutduğu vəzifədən sui-istifadə edərək özünün şəxsi maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirir.



Əslində bu, bir dövlət başçısının öz xalqına necə hörmət qoyduğunun göstəricisidir.

Bütün hallarda Ermənistan iqtisadiyyatının digər sahələrində də vəziyyətin pisləşdiyi nəzərə alınarsa, istər bu il, istərsə də gələn il ərzində bu ölkədə hadisələrin yalnız mənfi axarda cərəyan edəcəyi şübhə doğurmur. Bütün bunlar isə mövcud Ermənistan hakimiyyətinin ikiqat təzyiq altında qalmasını şərtləndirir.

Belə ki, ölkədə insan haqlarının pozulması, demokratiyanın boğulması və bu qəbildən olan digər amillərə görə beynəlxalq təşkilatların rəsmi Yerevana təzyiqi artan xətt üzrə inkişaf edir.

Son hadisələrdə buna bir başa dəlalət edir. Digər tərəfdən yaranan ağır sosial-iqtisadi durum xalqın Serj Sarkisyan hakimiyyətindən narazılığının daha böyük sürətlə artmasına və əhalinin müxalifət qüvvələri ətrafında birləşməsinə təkan verir.

Odur ki, Serj Sarkisyanın indi əl-açıb oynatdığı əllər sabah pul üçün kiminsə qarşısına uzana bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti