Ərdoğançı, dindar homoseksuallar: `Məscidə gedirik...`

Ərdoğançı, dindar homoseksuallar: `Məscidə gedirik...`
  04 İyul 2015    Oxunub:3247
"Bizə “Aaa, sən həm AKP üzvüsən, həm homoseksualsan, həm də müsəlman” deyə heyrətlə baxırlar".
Türkiyənin “Nöqtə” dərgisi AKP üzv olan mühafizəkar homoseksuallarla müsahibə dərc edib.

AzVision.az `Azadlıq` radiosuna istinadən müsahibənin maraqlı hissələrini təqdim edir:.

Dərgi mühəfizəkar homoseksualların yaratdığı AK LGBT üzvləri ilə Eyup Sultan məscidindəki iftar süfrəsində söhbət edib. Hakim partiyanı təmsil edən homoseksuallar prezident Receb Tayyip Erdoğanı niyə dəstəklədiklərini, LGBT üzvü olanların Ramazan ayını necə keçirmələri haqda danışıblar...

AK LGBT 2014-cü ilin mart ayında qurulub. Özlərini mühafizəkar homoseksuallar hesab edirlər. Təşkilatın üzvlərinin hamısı hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verdikləri üçün təşkilata da AK LGBT adını qoyublar. Onlara görə, homoseksuallıq xəstəlik deyil. Buna görə də həm müsəlman, həm də homoseksual ola biləcəklərini deyirlər.

400 nəfərdirlər. AKP üzvü olmayanları təşkilata qəbul etmirlər

– Bizə AK LGBT haqda məlumat verə bilərsiniz?

Nurullah: AK LGBT 2014-cü ilin mart ayında, seçkilərdən sonra yaradıldı. Bir, iki, üç nəfər dediyimiz halda min nəfərə çatdıq. Sonra qurumu müxtəlif səbəblərə görə bağladıq. Yeni qrupumuz 300-400 nəfərdən ibarətdir.

– AKP ilə əlaqələriniz var?

- Rəsmi şəkildə əlaqələrimiz yoxdur. Partiyanın İstanbul üzrə rəhbəriylə görüşmək istədik. Ancaq hələ bir cavab yoxdur. Ancaq bölgələri təmsil edən rəhbərlərlə görüşürük.

–Prezident Erdoğan seçki kampaniyasında homoseksuallıqla razılaşmayan fikirlər səsləndirmişdi. Buna baxmayaraq ona səs verdiniz. Niyə?

Alim: Erdoğan homoseksuallığa yox, homoseksual namizədlərə qarşı oldu. Homoseksuallıqla bağlı isə heç nə deməyib.

Vedat: Məncə, buna səbəb Gezi hadisələridir. Gezi hadisələrində LGBT dərnəkləri xaos yaratmaq üçün ön plandaydılar. Şəkillərdə də görürük, bir çoxunun əlində daş, molotov kokteyli şüşələri olub.

LGBT üzvünün haqqı tapdanırsa, bu, dövlətin çatışmazlığıdır

- Hökumətin homoseksuallıq mövzusundakı siyasətini necə qiymətləndirirsiniz?

Vedat: LGBT mövzusunda eyni fikirdə deyilik. Bir az sərt mövqeləri var. Bu da Gezi olaylarından qaynaqlanır.

Nurullah: Bizim təcili və ən çox ehtiyac hiss etdiyimiz şey LGBT üzvlərinin yaşamaq və işləmək haqqıdır. LGBT üzvünün insan kimi haqqı tapdanırsa, bu, dövlətin çatışmazlığıdır. Homoseksualın homoseksual olduğuna görə öldürülməsi dövlət üçün ayıbdır. Buna görə hökuməti LGBT mövzusunda məlumatlı olduğunu düşünmürəm.

– Mühafizəkar və hakim partiyanın üzvü olduğunuz üçün LGBT-də təmsil olunan qruplar sizə etirazlarını bildirir?

Nurullah: Bizə “Aaa, sən həm AKP üzvüsən, həm homoseksualsan, həm də müsəlman” deyə heyrətlə baxırlar. Necə olur ki, ateist homoseksual olur, CHP üzvü homoseksual olur, ancaq mən homoseksualam, müsəlmanam və AKP-yə səs verirəm, bu gülməli olur? Homoseksuallıq dinsiz olmaq demək deyil.

Alim: Bu günkü homoseksuallar homoseksuallığı səhv başa düşürlər. Homoseksual olmaq qadın kimi geyinib qadın kiim gəzmək deyil. 15 yaşlı homoseksuallara baxıram, o qədər rahatdırlar ki. Qısa şortlar geyinirlər, qəribə makiyajdan istifadə edirlər. Məncə bundan əl çəkmək lazımdır. Bu, cəmiyyətdə fikir formalaşdırır. Biz cəmiyyətə homoseksual olduğumuzu deyəndə inanmırlar, “ola bilməz” deyirlər. Sən homoseksual ola bilməzsən, homoseksuallar qadınlar kiim geyinir deyirlər. Cəmiyyətin gözünə girməmək üçün bu imici dəyişmək lazımdır.

Vedat: Bu günkü homoseksuallar arasında homoseksual olmaq Allaha inanmayan, Allahı və peyğəmbəri söyən kimi başa düşülür. Ancaq belə deyil. Dünyadakı homoseksualların yürüşlərinə baxırıq. Yüz nəfərdən biri fərqli geyinir. Dünyanın bir çox ölkələrində homoseksuallar yürüş edərkən normal gəzir, dodaq boyasından istifadə etmir, hündür dabanlı ayaqqabı geymir. Bu, sadəcə Türkiyədə var.

Homoseksuallar Ramazanı necə keçirir?

– İndi Ramazan ayıdır. Bu günləri LGBT üvləri necə keçirir?

Nurullah: Bütün müsəlmanlar necə, biz də elə. Homoseksual olmayıb mənliksiz yaşayanlar da, homoseksual olub mənliklə yaşayanlar da var. Bir yerdə iftar açırıq. İbadətləri əlimizdən gəldiyi qədər yerinə yetirməyə çalışırıq.

– Ramazanda hansı ziyarətgahlara gedirsiniz?

Nurullah: Müqəddəs yerlərə getməkdən çox mənəviyyatı yksək yaşamağı düşünmək önəmlidir. Məkkəyə, Mədinəyə getməyə bilərsən, ancaq içində onun yüksək mənəviyyatını hiss edərsən. O sevgini, coşqunu yaşayarsan.

– Sizə görə dinlər və İslam homoseksuallığa necə baxır?

Nurullah: Heç bir din homoseksuallığı qəbul etmir. Nə xristianlıq, nə yəhudilik, nə də İslam dini.

"LGBT bayrağı ilə məscidə girdik"

– LGBT üzvləri məscidə gedəndə hansı münasibətlə qarşılaşırlar?

Alim: Transseksuallar qapalı geyinib başlarını bağlayıb məscidin qadınlar üçün ayrılmış hissəsinə gedəndə heç kim onlara heç nə demir.

Vedat: Bütün ibadət yerlərinə gedirik. İndiyə qədər hər hansı mənfi münasibət görməmişik. Elə olub ki, məscidə LGBT bayrağlarıyla da getmişik. Yürüş keçirdik, sonra da namaz qılmaq üçün məscidə getdik. Əlimizdə LGBT bayraqları vardı. Heç kim heç nə demədi.

– Bəs, cəmiyyət arasında necə, sizə hücumlar olur?

Nurullah: Bizə fiziki hücum olmayıb. Ancaq sataşıblar, təhqir də ediblər.

Vedat: Əlbəttə, onlara etiraz etsəydik, fiziki hücum da olardı.

– Ailələriniz necə, homoseksual olduğunuzu bilir? Özünüz də mühafizəkar ailələrdənsiniz.

Nurullah: Bəzilərimizin ailələri bilmir. Ancaq mənim ailəm bilir. İstəyən deyir, istəməyən demir.

– Bəs, sevgililəriniz var?

Alim: Aramızda Ömərlə Zehni sevgilidir. Ancaq digərlərinin sevgilisi yoxdur.

– Homofobiyadan qaynaqlanan bir çox qətllər törədilib. Həmin qurbanları necə anırsınız?

Alim: Özümüz Quran oxuyuruq.

Zehni: Mən hər gün axşam namazından sonra Quran oxuyuram. Atam yaxın günlərdə vəfat edib. Hər axşam Quran oxuyuram.

AKP sözügedən qrupun fəaliyyətinə münasibətini bildirməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti