92 yaşlı qadın sevgilisinə qoşulub qaçdı

92 yaşlı qadın sevgilisinə qoşulub qaçdı
  03 İyul 2015    Oxunub:2809
Norveçin Eydsvoll şəhərində 92 yaşlı qadın qocalar evindən qaçıb.
Bu barədə AzVision.az `Local.no`ya istinadən xəbər verir.

Müəssisə əməkdaşları onun evdə olmadığını bildikdən sonra polisə müraciət ediblər. Lakin sonradan məlum olub ki, yaşlı qadın öz sevgilisinə görə qocalar evindən qaçıb. Qadın 87 yaşlı sevgilisi ilə birlikdə İsveçin paytaxtı Stokholmda yaşamağa gedib.

“Bu həqiqətən təsirli sevgi hekayəsidir”, - deyə qocalar evinin rəhbəri Yanka Holstad bildirib. Onun sözlərinə görə, qadın qanunsuz heç nə etməyib. Sadəcə xəbərsiz getdiyinə görə, personalın narahatlığına səbəb olub.

Norveçli qadın sevgilisinin evində artıq 10 gün qalıb və həftə sonu qocalar evinə qayıtmağı planlaşdırır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti