Azərbaycanlı milyarderin villası söküləcək

Azərbaycanlı milyarderin villası söküləcək
  03 İyul 2015    Oxunub:4602
Azərbaycanlı iş adamı Rıza Zərrabın evi söküləcək. Onun İstanbul boğazındakı, Kanlıca səmtindəki tarixi mülki söküləcək. Daha doğrusu mülkə artırdığı mərtəbə və lift. Tarixi binanın əvvəlki görüntüsü bərpa ediləcək.

Rıza Zərrab evləri 2011-ci ildə alıb. O, bu evlərdən birini müğənni olan həyat yoldaşı Ebru Gündəşə ad günü hədiyyəsi edib.

O, 3 mərtəbəli binalardan birini təmirlə dəyişib. Belə ki, binaya daha bir mərtəbə artırılıb, iki binanı birləşdirmək üçün isə lift yerləşdirilib. Onların rəngi dəyişdirilib, taxtadan olan sürahilər sökülüb. Mülklərin qarşısında elektriklə açılıb bağlanan liman yerləşdirilib. Nəticədə bu evlər müasir görünüş əldə ediblər.

Bu binalar Osmanlı imperiyası dövründə inşa edilib. 1970-ci ildə ikinci dərəcəli tarixi əsər kimi sənədləşdirilib.



Rıza Zərrabın Kanlıcadakı evləri. Solda tərmidən əvvəlki orijinal forma, sağda 4-cü mərtəbə və lift artırılmış forma

Binanın formasının dəyişdirildiyini görənlər iş adamı haqqında şikayət ediblər. Evlərin layihəsinin dəyişdirilməsi məsələsi müzakirə edilərkən buna kimin və necə icazə verdiyi əsas mübahisə mövzusu olub. Məlum olub ki, evlərin təmiri üçün müraciət edilən zaman sənədlərdə əlavə mərtəbə və liftin quraşdırılması göstərilməyib. Məhz buna görə də sənədlərdə göstərilməyən dəyişikliklərin ləğv edilməsi və Rıza Zərrab haqqında məhkəməyə şikayət edilməsi qərara alınıb.

İndi Zərrab ailəsini tarixi saxtalaşdırdığı üçün 5 ilə qədər həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, iş adamı 2013-cü ildə Türkiyədə keçirilən böyük rüşvət əməliyyatı çərçivəsində həbs edilmişdi. O, bir neçə ay həbsdə qalıb. (Ans)


Teqlər:  





Xəbər lenti