Yaddaşını itirən sevgilisi üçün yenidən toy edəcək

Yaddaşını itirən sevgilisi üçün yenidən toy edəcək
  02 İyul 2015    Oxunub:2546
ABŞ-ın Tennesi ştatının sakini amneziyadan əziyyət çəkən həyat yoldaşı üçün yenidən toy mərasimi keçirməyə qərar verib.
AzVision.az “BuzzFeed”-ə istinadən xəbər verir ki, Ceremi və Castis Stamper ötən ilin avqustun biri ailə həyatı qurublar, lakin Castis bir neçə həftə sonra yol qəzasına düşür.

Qəza nəticəsində onun ciddi sınıq xəsarətləri aldığı və yaddaşının qismən itirdiyi məlum olub.

Həkimlər ona yardım ediblər və uzun müddət davam edən müalicədən sonra qadın sağalıb. Lakin bir ay keçdikdən sonra Castis öz həyat yoldaşına bildirib ki, o, toy da daxil olmaqla qəzadan beş həftə baş verən hadisələri xatırlamır. Castis saatlarla mərasim zamanı çəkilən fotolara baxsa da, yenə hadisələri xatırlamayıb. Bundan sonra Ceremi daha bir toy etməyi qərar verib.

Toy mərasiminin təşkili üçün Stamper “GoFundMe” saytında xüsusi səhifə açıb. O, toy xərcləri üçün 5 min dollar ianə toplanmasını istəyib. Lazım olan məbləğ bir aya toplanılıb. Toyun bu ilin avqustunda baş tutması gözlənilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti