Nazirlər Sarkisyanın ad gününü restoranda qeyd ediblər

Nazirlər Sarkisyanın ad gününü restoranda qeyd ediblər
  02 İyul 2015    Oxunub:2715
İyunun 30-u Ermənistan prezidenti Serj Sarkisyan öz ad gününü qeyd edib.
AzVision.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistanın hakim Respublika partiyasının üzvləri, bəzi nazirlər, həmçinin ölkə parlamentinin spikeri ənənəvi olaraq Sarkisyanın ad günün restoranda qeyd ediblər.

Lakin maraqlı məqam bundan ibarətdir ki, Serj Sarkisyan öz ad günün bu restoranda qeyd etməyib. Prezident doğum gününü tamamilə başqa yerdə keçirib.

“Arkayadzor” restoranında baş tutan ad günün mərasimində baş nazir də iştirak etməyib. Onun prezidentlə birgə olduğu güman edilir. Bundan əlavə prezidentin iştirak etdiyi məclisdə Barseq Barseqyan, “Dağlıq Qarabağ Respublikası”nın sabıq və hazırkı prezidentlərinin də olduğu bildirilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti