Klinton üçün 45 milyon dollar yığıldı

Klinton üçün 45 milyon dollar yığıldı
  02 İyul 2015    Oxunub:2296
ABŞ-ın sabiq dövlət katibi Hilari Klinton prezident seçkiləri ilə əlaqədar kampaniya üçün 45 milyon dollar toplayıb.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndələri xəbər yayıb.

İanələrin toplanması kampaniyası bu ilin aprelindən, Klintonun prezidentliyə namizədliyinin irəli sürəcəyini bəyan etdikdən sonra başlayıb. İanələrin 91%-i təxminən 100 dollar həcmində olub.

“New York Times” qəzetinin məlumatına əsasən hələlik heç bir namizəd bu qədər böyük miqyasda ianə toplaya bilməyib: “Bu bir daha demokratlar arasında Klintonun aparıcı rol oynadığını göstərir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti